EN

III qrupun lideri bu universitetdə oxumaq İSTƏYİR

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Modern.az-ın məlumatına görə, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib.

 

O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

 

İlahə bundan əvvəl Modern.az-a açıqlamasında ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq ixtisasında almaq istədiyini bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
28
modern.az

10Sources