EN

Arif Əsədov: “Oyunçularımız xarakter nümayiş etdirdilər”

“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Qazaxıstan komandası ilə yoldaşlıq oyununda qazanılan 3:2 hesablı qələbəni şərh edib: “Çətinliklərə baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.

Qeyd edək ki, millimiz hesabda geri düşsə də, 3:2 hesabı ilə qələbə qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
117
14
idman.biz

10Sources