AZ

"Azarkeşlər və ictimaiyyət millimizə inanır" - Arif Əsədov

"Futbolçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar".

Prosport.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstana 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis qazanılan qələbəyə görə komanda üzvlərini təbrik edib: "Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
14
prosport.az

10Mənbələr