EN

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ: İxtisas sualları açıqlandı

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.

 

Təhsil İnstitutundan Sfera.az-a bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

 

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

 

İmtahanın təfərrüatları:
• Müddət: 120 dəqiqə
• Ümumi sual sayı: 60

 

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

 

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

 

İbtidai sinif – Azərbaycan dili

İbtidai sinif – Riyaziyyat

 

Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Chosen
165
15
sfera.az

10Sources