EN

David Trezeqe favoritini açıqladı

Fransa yığmasının və "Yuventus"un sabiq hücumçusu David Trezeqe qarşıdan gələn Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az "Calciomercato"-ya istinadən xəbər verir ki, veteran futbolçu Fransa millisinin turnirin favoriti olduğunu deyib:
 
"Fransa millisi turnirin favoritidir. İtaliya? Luçano Spalletti komandası zəngin tarixinin arxasında gizlənməməli, əksinə, özləri qəhrəman olmağa çalışmalıdırlar. Onlar böyüdülər və qalib gəlməyə hazırdırlar".
 
Qeyd edək ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa millisi Avropa çempionatının qrup mərhələsində Polşa, Avstriya və Niderlandla qarşılaşacaq.

Chosen
82
50
sport24.az

10Sources