EN

Ərdoğan CHP QƏRARGAHINDA - YENİLƏNİB

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ana müxalifət mövqeyindəki Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına baş çəkib, bu partiyanın sədri Özgür Özellə görüşü başlayıb.

News365.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

News365.az bildirir ki, Türkiyə Prezidenti CHP sədri Özgür Özellə görüş keçirir.

Görüş zamanı daxili və xarici siyasətə dair bir sıra məsələnin müzakirə ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın 18 ildən sonra CHP-nin Baş qərargahına ilk səfəridir. Ərdoğan 2006-cı ildə ovaxtkı sədr Deniz Baykalla CHP-nin Baş qərargahında görüşmüşdü.

Xatırladaq ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də AKP-nin Baş qərargahında keçirilib.


Chosen
119
50
news365.az

10Sources