AZ

Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib

Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib

Prezident İlham Əlİyevə Şimali Kipr Türk Cümhuriyyətinə bu günə qədər verdiyi dəstəyə və Şuşadakı zirvə görüşünə dəvət etdiyinə görə təşəkkür edirəm.

Bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.

Ersin Tatar qeyd edib ki, Şuşa qədim Azərbaycan şəhəridir, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilib:

“Qarabağ, Şuşa Türk Dünyasının birlik və bərabərliyinin simvolu halına gəlib. Bir araya gəldikdə nələri bacara bildiyimiz ortadadır. Bu baxımdan ŞKTC Prezidentinin Şuşada olması tarixi bir hadisədir”.

Ersin Tatar nəzərə çatdırıb ki, ŞKTC Türk Dövlətləri Təşkilatı ilə bağlı bütün proseslərdə yer almaq niyyətindədir.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
cebheinfo.az

10Mənbələr