EN

Maliyyə dünyası qarışacaq: Ərəbistan dollardan imtina edir

Səudiyyə Ərəbistanının ABŞ ilə 50 illik neft-dollar paktını yeniləməmək qərarından sonra maliyyə dünyasını əhəmiyyətli dəyişikliklər gözləyir.

Publika.az "Bizcommunity" portalına istinadən xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının 1974-cü il iyunun 8-də imzaladığı təhlükəsizlik sazişi birgə komissiyanın yaradılmasını nəzərdə tuturdu.

Müqavilənin müddəti 2024-cü il iyunun 9-da başa çatıb. Müqavilənin uzadılmaması qərarı Səudiyyə Ərəbistanına neft və digər malları təkcə ABŞ dolları deyil, Çin yuanı, avro, yen daxil olmaqla bir çox valyutada satmağa imkan verəcək. Bundan əlavə, Bitcoin kimi rəqəmsal valyutalardan istifadə imkanları da nəzərdən keçirilə bilər.

Materialın müəllifi vurğulayır ki, belə bir qərar 1972-ci ildə yaradılmış neft-dollar sistemindən tədricən imtinaya işarədir və ABŞ dollarından qlobal imtinanı sürətləndirəcəyi gözlənilir.

Bu yaxınlarda Səudiyyə Ərəbistanı bir neçə mərkəzi bankla birgə rəqəmsal valyuta (CBDC) platformasını araşdıran “Bridge” layihəsində iştirak etdiyini elan edib.

Chosen
151
publika.az

1Sources