EN

Sifarişlə quldur tutaraq tanışının 61500 manatını oğurlatdı (VİDEO)

Bakı. Trend:

Bakının Nərimanov rayonunda sifarişlə quldurluq edərək 61500manat ələ keçirən şəxslər tutulublar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsitörədilib. Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətədüşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlifdərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəkiiçərisində 61.500 manat olan sellofan paketi götürərək hadisəyerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyatakeçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəlibilinən əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü CavadAllahverdiyev saxlanılıb.

Həmin şəxs ifadəsində cinayəti tanışı- əvvəllər məhkum olunmuş1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyinibildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsində saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldəetdikləri 32.500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişləcəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda küllimiqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışıCavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətişi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsindəməhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib,araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
48
az.trend.az

10Sources