AZ

Nərimanovda quldurluq:61500 manat ələ keçirən şəxslər tutuldu (FOTO)

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib. Bakışəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zamanqara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədənxəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61.500manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.

Trend xəbər verir ki, bu barədəDİN məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllərməhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyevsaxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı- əvvəllər məhkumolunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilətörətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeydolunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yoluilə əldə etdikləri 32.500 manat aşkarlanaraq maddi sübut kimigötürülüb.

Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişləcəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda küllimiqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışıCavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işibaşlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsindəməhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib,araşdırmalar davam etdirilir.

Nərimanovda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
48
az.trend.az

10Mənbələr