Bakının Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət" mərkəzi iyunun 10-dan etibarən fəaliyyətini bərpa edib.
News24.az “pravda.az”a istinadən xəbər verir ki, mərkəz iki gündür, yenidən vətəndaşların xidmətindədir.
Qeyd edək ki, 3 saylı "ASAN xidmət" martın 1-dən zəruri təmir-bərpa işləri ilə əlaqədar bağlanmışdı.