EN

Elşad Miri QMİ rəsmisinin Qurban bayramı ilə bağlı fikrinə heyrətləndi: "İnanmaq istəmirəm ki, belə deyib..."

İyunun 16-17-si Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayram yaxınlaşdıqca kəsiləcək qurbanların kimə paylanması məsələsi fikir ayrılığına səbəb olur. Bəziləri qurban ətinin imkansızlara verilməli olduğu fikrini müdafiə etsə də, qurban ətini öz qohumlarına və yaxınlarına paylamağı düşünənlər də az deyil.

 

Məsələ ilə bağlı fikir ayrılığı təkcə adi şəxslər arasında deyil, din xadimi və ilahiyyatçı arasında da var.

 

Məsələn, ötən günlərdə Sfera.az-a açıqlama verən QMİ sədrinin müavini Hacı Fuad Nurullayev bildirmişdi ki, qurban ətinin bir hissəsi kəsən şəxsin öz ailəsinə, digər 2 hissəsi isə yaxınlarına və qonşularına paylanmalıdır.

 


Mövzu ilə bağlı saytımıza açıqlama verən ilahiyyatçı Elşad Miri isə QMİ rəsmisindən fərqli düşünür:


“Fuad Nurullayevin belə bir fikir bildirdiyinə inanmaq istəmirəm. Qurban bayramının məqsədi yoxsullara və ehtiyacı olanlara yardım edib savab qazanmaqdır. İnsanların yaxınları və qonşuları əgər kasıb deyillərsə, onlara qurban əti vermək düzgün deyil. Çünki onlar istədikləri zaman yeyib içirlər. Bu zaman Qurban bayramının heç bir mənası olmur. İslam dininə görə Qurban bayramı əsas paylaşmaq və başqaların sevincinə şərik olmaqdır. İmkanı olan yaxınlara və qonşulara qurban ətinin verilməsi absurddur”.


Elşad Miri qeyd edib ki, qurban ətini imkansızlara, tələbələrə və ehtiyacı olanlara paylamaq lazımdır:

 

“Qurban hissələrinin paylanmasında məhz ehtiyac amili əsas götürülməlidir”.


Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
50
sfera.az

10Sources