AZ

Bakıda Qurban bayramı namazı qılındı

Image

İyunun 16-da paytaxtdakı Təzəpir, “Əjdərbəy” və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

Mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Ölkənin digər məscidlərində, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınır.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
21
baki-xeber.com

10Mənbələr