EN

“İsrail qətnamə şərtlərini yerinə yetirməyə BORCLUDUR”-Türkiyə

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnaməni münaqişənin dayandırılması istiqamətində mühüm addım adlandırıb.Elchi.az Trthaber.com-a istinadən xəbər verir ki, Türkiyə İsrailin bütün şərtləri tam yerinə yetirməyə borclu olduğunu qyd edib.“Türkiyə BMT Təhlükəsizlik Şurasının iyunun 10-da qəbul etdiyi qətnaməni Qəzza zolağında qırğınların dayandırılması üçün mühüm addım hesab edir. HƏMAS-ın bu atəşkəs planına konstruktiv və müsbət yanaşmasını alqışlayırıq. İsrailin daimi atəşkəsə əməl etmək öhdəliyini üzərinə götürməsi və bu qərarın bütün müddəalarını tam yerinə yetirməsi zəruridir”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Bəyanatda həmçinin qeyd olunub:“Ankara müharibənin bitməsini, İsrailin Qəzza zolağının bütün ərazisindən çıxarılmasını, girovların və əsirlərin ikitərəfli azad edilməsini, köçkünlərin geri qaytarılmasını təmin edəcək addımlara töhfə verməyə davam edəcək”.Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası Qəzzada barışığı dəstəkləyən Amerika qətnamə layihəsini qəbul edib, Rusiya sənədlə bağlı səsvermədə iştirak etməyib.Yeganə

Chosen
63
1
elchi.az

2Sources