Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin rəqabətqabiliyyətlilik və biliklərin mübadiləsi nazirinin müavini Abdulla Nasser Luta deyib.
“Əminik ki, bu, COP-un ən yaxşı tədbirlərindən biri olacaq. İlin ən yüksək əhvali-ruhiyyədə başa çatmasında Azərbaycana uğurlar arzulayırıq. Biz həmçinin 2025-ci ilin fevralında keçiriləcək Dünya Hökumət Sammitində Azərbaycandan olan nümayəndə heyətini qarşılamağı səbirsizliklə gözləyirik. Bu tədbirdə ölkəniz bütün dövlət sektorlarında ən yaxşı təcrübələrini təqdim edə biləcək”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və BƏƏ nazirləri arasında təcrübə mübadiləsi üçün bugünkü forum iki ölkənin bilik, təcrübə və gələcəyə baxışlarını bölüşməkdən ötrü bir araya gəldiyi ilk belə tədbirdir:
“Proqram BƏƏ ilə Azərbaycan arasında 2023-cü ilin fevralında imzalanmış təcrübə mübadiləsi proqramının nəticələrindən biridir”.
Nazir müavini ölkəsinin Azərbaycanla bütün sahələrdə daha sıx tərəfdaşlığa ümid etdiyini qeyd edib.
4Sources
-
ekologiya.azNasser Luta: COP29 Azərbaycanda böyük uğurla keçiriləcək ( 7499623)
-
525.az"COP29 Azərbaycanda böyük uğurla keçiriləcək" - Nasser Luta ( 7494940)
-
far.azCOP29Nasser Luta: COP29 Azərbaycanda böyük uğurla keçiriləcək ( 7494511)
-
demokrat.az"COP29 Azərbaycanda böyük uğurla keçiriləcək" ( 7493536)