EN

Şagirdlər Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar  

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar.

 

BDU-dan AzEdu.az-a bildirilib ki, liseyin V sinif şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadiqli və Murad İmanov bürünc medala layiq görülüblər.

 

Xatırladaq ki, Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərdə riyaziyyat və məntiqə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.

Chosen
86
3
azedu.az

4Sources