"Ölkəmizə yeni xarici investorların cəlbinə töhfə verməyə çalışırıq".
Marja.az xəbər verir ki, bunu keirilən mətbuat konfransında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.
Şirkətin sədri qeyd edib ki, artıq Böyük Britaniyada yerləşən banklardan biri "PAŞA Kapital"ın müştərisidir:
"İngiltərədən bir bank yerli (Azərbaycanın – red) dövlət istiqrazları bazarında aktiv fəaliyyət göstərir. Biz o banka vasitəçilik xidmətləri göstəririk. Polşadan da investorlarımız var. Biz inanırıq ki, Milli Depozit Mərkəzi öz platformasını beynəlxalq depozit mərkəzlərinə inteqrasiya etdikdən sonra daha çox xarici investorlar Azərbaycan bazarına daxil olacaqdır".