Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 21,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilən 31 çətənə kolu aşkarlanaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.