EN

Pakistan Mərkəzi Bankı uçot dərəcəsini 20,5%-ə endirib

Pakistan Dövlət Bankının (Mərkəzi Bank) Pul Siyasəti Komitəsi əsas faiz dərəcəsini 1,50 faiz bəndi azaldaraq 20,5%-ə endirib.

Marja.az xəbər verir ki, qərar may ayında 11,8% təşkil etməklə son 30 aylıq minimuma düşən inflyasiyanın yavaşlaması səbəbindən qəbul edilib.

“May ayında inflyasiyanın azalması gözlənildiyindən daha yaxşı olub, əsas inflyasiya təzyiqləri də fiskal konsolidasiya ilə dəstəklənən sərt pul siyasəti fonunda azalır”, - deyə Mərkəzi Bank bildirib.

Eyni zamanda, Mərkəzi Bank, enerji qiymətlərində qeyri-müəyyənliklə bağlı olaraq inflyasiyanın bəzi risklərinin qaldığını qeyd edib. Mərkəzi Bankın məlumatına görə, real milli ÜDM artımı 2,4% səviyyəsində mülayim olaraq qalır. Cari əməliyyatlar hesabı kəsirinin azalması ölkənin valyuta ehtiyatlarını təxminən 9 milyard dollara çatdırmağa kömək edib.

Pakistan Dövlət Bankı inflyasiyanı ortamüddətli hədəf səviyyəsinə (5-7%) endirməyi nəzərdə tutur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
134
4
marja.az

5Sources