EN

Azərbaycan badmintonçularının beynəlxalq turnirdə uğuru:

Azərbaycan milli badmintonçuları, Türkiyənin Ankara şəhərində keçirilən “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə əldə etdikləri uğurla diqqət çəkiblər.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, yarışın son oyun günündə 5 fərqli kateqoriyada mübarizə aparan idmançılarımız, 4 kateqoriyada finala yüksələrək 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. 

Kişi badmintonçularımızdan Edi Reski Dviçayo, həlledici final matçında milli komandamızı təmsil edərək qələbə qazanıb. Edi-Diki tandemi də ən yüksək pilləyə çıxmağı bacarıblar. 

Qarışıq cütlər kateqoriyasında mübarizə aparan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medallarla bitiriblər. Keişa, qadınlar arasında da daha bir gümüş medal qazanıb. 

Qadınlar arasında şəxsi yarışlarda Era Maftuha, Diki Pangestu-Era Maftuha qarışıq cütlərdə, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürünc medal əldə ediblər. 

Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi digər Türkdilli dövlətlərin iştirak etdiyi turnir, keçən il ölkəmizdə baş tutub və bu il ikinci dəfə keçirilib. 

Chosen
189
90deqiqe.az

1Sources