EN

Şagirdlərin BMU-ya ekskursiyası təşkil edilib

Xırdalan, 10 iyun, AZƏRTAC

Zirvə Liseyinin bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, şagirdlərə universitetin zəngin maddi-texniki bazası, tədris olunan və bu il açılan yeni ixtisasları barədə məlumat verilib. Sonra məktəblilər BMU-nun laboratoriyalarını gəziblər. Onlar Biologiya laboratoriyasında mikroskopda hüceyrənin əsas bölünmə üsulları - “mitoz” və “meyoz”u əks etdirən slaydları əyani şəkildə izləyiblər. Universitetin Kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva şagirdləri laboratoriyanın iş prinsipi haqqında məlumatlandırıb.

Ekskursiya şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Chosen
111
3
azertag.az

4Sources