EN

İmtahan nəticələri elan olunub

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, imtahan iştirakçıları nəticələri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda 1153 nəfər iştirak edib.

 

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası 12-14 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
14
azedu.az

10Sources