AZ

Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Gömrük Komitəsinin gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün iyunun 9-da keçirdiyi imtahanın nəticələri açıqlanıb.
 
Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.
 
Bildirilib ki, imtahanda 1153 nəfər iştirak edib.
 
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası iyunun 12-14-də saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
9
moderator.az

10Mənbələr