EN

"PARA BOKT"da kritik durum - növbəti dəfə zərər edib, aktivləri azalıb

"PARA BOKT" 2023-cü ili 1,04 milyon manat zərərlə bitirib. 

Valyuta.az xəbər verir ki, 2022-ci ilə nisbətən kredit təşkilatının zərərliliyi 43,2 % azalıb. "PARA BOKT"  2022-ci il üzrə 1,83 milyon manat zərər açıqlamışdı.
Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 18 % azalaraq 4,05 milyon manat, dəyərsizləşmə üzrə zərərləri 32 % azalaraq 3,83 milyon  manat, işçi heyəti üzrə xərcləri 18,7 % azalaraq 282 min manat, ümumi inzibatı xərcləri isə 5 % azalaraq 1 milyon manat təşkil edib. 

Son nəticədə kredit təşkilatı ötən il 1 milyon 42 min manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 14,4 % və ya 3.5 milyon manat azalaraq 21,11 milyon manat olub.

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 18 % azalaraq 12,1 milyon manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 60 %-dən 57,5 %-ə enib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 6 % və ya 2,5 milyon manat azalaraq 39 milyon manata bərabər olub.

2024-cü il yanvar ayının 1-nə 29,3 milyon manat nizamnamə kapitalına malik olan "PARA BOKT"un yığılmış zərəri 50 milyon manatdan 51,5 milyon manata yüksəlib.

Leyli

Chosen
86
6
valyuta.az

8Sources