EN

Özünü 15-ci mərtəbədən atmaq istədi - Xilas edildi

Bakının Nizami rayonunda intihara cəhdin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, narkotik aludəçisi olan Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü R.Allahverdiyeva kirayədə yaşadığı B.Çobanzadə küçəsindəki evdə (16 mərtəbəli binanın 15-ci mərtəbəsindən) pəncərəyə çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı əraziyə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən alınıb. 26 yaşlı qız qeydiyyatda olduğu reablitasiya mərkəzinə təhvil verilib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
9
qafqazinfo.az

10Sources