AZ

Özünü 15-ci mərtəbədən atmaq istədi: Xilas edildi

Bakının Nizami rayonunda intihara cəhdin qarşısı alınıb.
"Qafqazinfo" xəbər verir ki, narkotik aludəçisi olan Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü R.A. kirayədə yaşadığı B.Çobanzadə küçəsindəki evdə (16 mərtəbəli binanın 15-ci mərtəbəsindən) pəncərəyə çıxaraq intihara cəhd göstərib.
Cəhdin qarşısı əraziyə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən alınıb. 26 yaşlı qız qeydiyyatda olduğu reabilitasiya mərkəzinə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Seçilən
89
9
oxu.az

10Mənbələr