İsrail ordusu Qəzza zolağında son 24 saatda 5 hücum həyata keçirib, 40 nəfər hülak olub, 218 nəfər isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 7 oktyabrdan bəri həyata keçirilən hücumlarda 37 min 124 nəfər ölüb, 84 min 712 nəfər isə yaralanıb.