Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, general Poladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. (Trend)
Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.