EN

Hadisə / VideoBakıda yanğın başlayıb - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakıda açıq ərazidə yanğın başlayıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yanğın Xocasən qəsəbəsində, boş ərazidə davam edir. Hadisənin miqyasının böyük olduğu qeyd olunub.

Məsələ ilə bağlı FHN ilə əlaqə saxladıq. 

Nazirlikdən Far.Az-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir:

"FHN-in 112 qaynar xəttinə Bakı ş, Binəqədi r, Xocahəsən qəsəbəsində açıq ərazidə qamışlığın yanması barədə məlumat daxil olub. FHN-in yanğından mühafizzə qüvvələri məlumatla əlaqədar dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

Yanğının görüntülərini təqdim edirik:

Banu Hüseynli Far.Az VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
124
2
far.az

10Sources