EN

Bakıda yanğın başlayıb - VİDEO

Bakıda açıq ərazidə yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yanğın Xocasən qəsəbəsində, boş ərazidə davam edir. Hadisənin miqyasının böyük olduğu qeyd olunub.

Məsələ ilə bağlı FHN ilə əlaqə saxladıq.

Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir:

"FHN-in 112 qaynar xəttinə Bakı ş, Binəqədi r, Xocahəsən qəsəbəsində açıq ərazidə qamışlığın yanması barədə məlumat daxil olub. FHN-in yanğından mühafizzə qüvvələri məlumatla əlaqədar dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

Yanğının görüntülərini təqdim edirik:


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
136
11
big.az

10Sources