Türkiyənin Ərzincan şəhərində mədən sahəsində baş verən sürüşmə nəticəsində torpaq altında qalan 5 fəhlənin meyiti tapılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərzincan Valiliyi məlumat yayıb.
Valiliyin sosial media səhifəsində ölənlərin yaxınlarına başsağlığı verilib.
Qeyd edək ki, fevralın 13-də Ərzincanın İliç rayonunda qızıl mədənində baş verən sürüşmə nəticəsində 9 fəhlə itkin düşüb.
Şəbnəm Mehdizadə