EN

Şahzadə Diananın qardaşı boşandı

Şahzadə Diananın qardaşı Çarlz Spenser 13 illik həyat yoldaşı Karen Qordondan boşanıb.
 
AZXEBER.COM xəbər verir ki, Çarlz boşandıqdan sonra açıqlama verib.
 
O, ailsini dağılmasından məyusluğunu dilə gətirib:
 
\"Bunu yaşamaq çox kədərlidir. Mən sadəcə bütün vaxtımı övladlarıma və nəvələrimə həsr etmək istəyirəm. Karenə gələcəkdə xoşbəxtlik arzulayıram\" deyə o bildirib.
 
Xatırladaq ki, Spenser və Qordon 2010-cu ildə Los-Anceles restoranlarından birində baş tutn görüşdə tanış olublar və bir il sonra evləniblər.
 
Cütlüyün 12 yaşlı Şarlotta Diana adlı qızı var. Spenserin Viktoriya Lokvudla ilk evliliyindən də dörd, ikinci həyat yoldaşı Karolin Freyddən isə iki uşağı var. Karenin Hollivud prodüseri Mark Qordonla ilk evliliyindən daha iki qızı var.
 
Aysel
Chosen
145
4
azxeber.com

4Sources