Bakı. Trend:
Bakıda bir nəfər dənizdə batıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə HallarNazirliyiməlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayışmassivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetməməntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərbatıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə DövlətXidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.