Bakıda 30 yaşlı kişi mübahisə zəmnində bıçaqlanıb.
E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Gülməmmədov Bəxtiyar aralarında yaranmış mübahisə zəminində tanışı, 1994-cü il təvəllüdlü Qasımov Turqayın qarın nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirib.
Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən Gülməmmədov Bəxtiyar saxlanılıb.