EN

Emin Əmrullayevdən təbrik paylaşımı

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev kişi və qadınlardan ibarət yığmalarımızı 3x3 basketbol üzrə Avropa kubokunun təsnifat mərhələsində qələbə münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib.

Federasiya rəhbəri final mərhələsində komandalarımıza uğurlar arzulayıb: "Kişi və qadınlardan ibarət milli komandalarımız 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin ediblər. Bu qalibiyyəti qazanan hər iki komandanın bütün heyətini ürəkdən təbrik edir və növbəti yarışlarda uğurlar arzulayıram."

Qeyd edək ki, Azərbaycan Avropa kubokunun seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vurub. Final mərhələsi avqustun 22-25-də avqustun Avstriyanın Qrats şəhərində olacaq.

İdman.biz

Chosen
114
21
idman.biz

10Sources