Şəmkirdə mal-qara arasında kütləvi tələfat olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Morul kəndində yerləşən təsərrufafatların birində qeydə alınıb. Təsərrüfat sahibi Anar Məmmədov bildirib ki, saxladığı inəkləri niastolla dezinfeksya etdikdən təxminən 30 dəqiqə sonra mal-qara arasında qəfl ölüm olub. O qeyd edib ki, inəkləri dezinfeksya etmək üçün Şəmkir rayonunda yerləşən Baytarlıq aptekindən niastol alıb. Ancaq aldığı dərman niastol deyil, başqa zəhərli dərman çıxıb. Zərərçəkən həmin dərmanlar aidiyyatı qurumlar tərəfindən yoxlanılması istəyir.
İnəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.
Tural Əhmədov