EN

Rusiya Ermənistana nota verib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, buna səbəb Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfər etməsi olub.

"Biz İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistan diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buçi şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları, Kiyevə humanitar yardımın göstərilməsini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk",-deyə Zaxarova qeyd edib.

O xatırladıb ki, Ter-Marqaryan Qərbyönlü "Respublika" Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir. Zaxarova həmçinin Ermənistan hakimiyyətinin bu cür bəyanatlarla hərmrəyliyini təəssüfləndirici adlandırıb.

Zaxarova təxmin etdiyini bildirib ki, erməni tərəfi şəhərdə baş verənlərlə bağlı əlavə məlumat ala bilər. O, İrəvanın Kiyevdən aldığı Buçada öldürülənlərin siyahısını Moskvaya təhvil verəcəyinə ümid etdiyini də söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
12
apa.az

10Sources