AZ

Rusiya Ermənistana nota verib

“Buça şəhərinə səfəri rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk”
Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi (XİN) erməni həmkarlarına etiraz notası göndərib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova qeyd edib.
Zaxarova qeyd edib ki, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsini “dostluğa zidd addım” kimi qiymətləndirir.
“Biz İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna ordusunun ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan XİN-ə etiraz notası göndərdik", - deyə əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
45
ayna.az

10Mənbələr