"Yuventus" "Atletiko"nun hücumçusu Alvaro Moratanı yenidən transfer edə bilər.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Turin təmsilçisinin bu qərarı komandanın hücumçusu Arkadiuş Milikin zədə alması və təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalması ilə əlaqədardır.
Bildirilir ki, ispaniyalı futbolçu A Seriya klubuna qayıtmaq qərarına gəlsə, maaşını azaltmalı olacaq.
31 yaşlı oyunçu artıq 2014-2016-cı illərdə, daha sonra isə 2020-2022-ci illərdə "Yuventus"da çıxış edib. Onun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
"Cebhe.info"