Yazını böyüt
Yazını kiçilt
Tovuzda Kür çayına düşən avtomobildə batan üç nəfərdən birinin meyiti tapılıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istnadən bildirir ki, iyun ayının 2-i Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin (şəxsiyyəti müəyyənləşdirilir) cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən batdığı ehtimal olunan digər 2 nəfərin axtarışları intensiv şəkildə davam etdirilir.