EN

Bu gün ADA Universitetində 12-ci beynəlxalq festival keçirilib.

Festivalda 50-dən çox ölkə iştirak edib. Festivalda ilk çıxış Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Montenegro Lopez de Kruzun təşəbbüsü ilə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinə həvalə olunub.

Festivalda iştirak edən İctimai Birliyin tələbələri öz bacarıqlarını nümayiş etdiriblər.

Bundan başqa festivalda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin sədri Fuad Kərimov, birliyin sədr müavini Anar Səfərov və bir sıra qonaqlar da iştirak ediblər.

BuBu


BiG.Az
Chosen
409
3
big.az

4Sources