Festivalda 50-dən çox ölkə iştirak edib. Festivalda ilk çıxış Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Montenegro Lopez de Kruzun təşəbbüsü ilə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinə həvalə olunub.
Festivalda iştirak edən İctimai Birliyin tələbələri öz bacarıqlarını nümayiş etdiriblər.
Bundan başqa festivalda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin sədri Fuad Kərimov, birliyin sədr müavini Anar Səfərov və bir sıra qonaqlar da iştirak ediblər.
BiG.Az