EN

Rusiyanın Xarkov əməliyyatı iflasa uğradı - Zelenski

Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi. Bu, Ukrayna Silahlı Qüvvələrinin əldə etdiyi mühüm nəticədir.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 8-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə söhbətdən sonra axşam müraciətində deyib.

“İndi biz onları mümkün qədər geridə saxlayırıq. Torpaqlarımıza daxil olan və Xarkov bölgəsini terror edən rus bölmələrini məhv edirik. Bu bölgədə qüvvələrimiz gücləndirilib və daha da gücləndiriləcək", - Zelenski deyib.

Onun sözlərinə görə, vəziyyətin ən çətin olduğu Donetsk barədə də ona məruzə edilib.

Zaur, BakuPost
Chosen
128
4
bakupost.az

8Sources