EN

Almaniya kansleri girovların azad edilməsi ilə bağlı HƏMAS-a ÇAĞIRIŞ EDİB

Almaniya kansleri Olaf Şolts Fələstinin“HƏMAS” hərəkatına bütün girovların azad edilməsi ilə bağlı çağırış edib.

Bizim.Media xəbır verir ki, bu barədə Şolts rəsmi “X” hesabında paylaşım edib.

“Dörd girovun HƏMAS əsarətindən azad edilməsi xüsusən də İsraildə öz yaxınları üçün hələ də təlaşlanan bir çox ailələr üçün mühüm ümid əlamətidir. HƏMAS bütün girovları azad etməli və müharibə bitməlidir”, - deyə kansler yazıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında keçirdiyi quru əməliyyatı zamanı 7 oktyabr 2023-cü ildə musiqi festivalına hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovu azad edib. 

Bizim.Media

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
137
15
bizim.media

10Sources