EN

Olaf Şolts Qəzzada 4 girovun azad edilməsini "ümid əlaməti" adlandırıb

Almaniya kansleri Olaf Şolts Qəzza zolağında 4 girovun azad edilməsini ümid əlaməti adlandırıb.

“İki sahil” xəbər verir ki, ​o, bu barədə “X” social şəbəkəsində yazıb.

“Həmas nəhayət bütün girovları azad etməlidir”, - deyən O.Şolts müharibənin bitməli olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail hərbçiləri Qəzza zolağında xüsusi əməliyyat keçirərək 2023-cü il oktyabrın 7-dən girovluqda olan 4 israillini - Noa Aqramani (25 yaş), Almoq Meir (21 yaş), Şlomi Ziv (40 yaş) və Rusiya vətəndaşlığı olan Andrey Kozlov (27 yaş), azad edib. Əməliyyat anklavın mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində həyata keçirilib. Sərbəst buraxılanlar sağlamdır və onlar İsrail ərazisindəki xəstəxanaya aparılıblar.

Məhəeeəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
159
1
ikisahil.az

10Sources