AZ

Azad edilən israilli girovun atası oğlunu görmədən öldü

İsrailli girovlardan birinin atası oğlu HƏMAS girovluğundan azad edilməzdən bir müddət əvvəl vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Xilas edilən 4 girovdan biri olan Almo Meirin atasının şənbə günü evində meyiti tapılıb”, - məlumatda qeyd olunub.

Məlumata görə, Almonun atası tək yaşayırdı və uzun müddət xəstə idi. Oğlunun azad edildiyini xəbər vermək üçün gələnlər onun meyiti ilə rastlaşıblar.

Qeyd edək ki, ötən gün İsrail hökuməti 4 girovun əməliyyat nəticəsində azad edildiyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
axar.az

10Mənbələr