EN

Almaniya Çinin rəqabət təzyiqinə tab gətirə bilmir: Şirkətlər iflas edir

Rəsmi məlumatlara görə, ötən il Almaniyada 176 min müəssisə bağlanıb. Bu daha çox istehsal və tikinti sektorlarına təsir edib.

Publika.az xəbər verir ki, Almaniyada bağlanan müəssisələrin sayı 2020-ci ildən artmaqdadır. 2022-ci illə müqayisədə bu rəqəm 2,3% artıb.

Leybnits adına Avropa İqtisadi Araşdırmalar Mərkəzinin ekspertlərinin fikrincə, bu tendensiya Almaniya iqtisadiyyatının bütün sektorlarına aiddir.

“Müəssisələrin bağlanmasının əsas səbəbi şirkətin artıq iqtisadi cəhətdən səmərəli olmamasıdır. Yüksək enerji qiymətləri, Çin kimi ölkələrdən güclü rəqabət təzyiqi və ixtisaslı işçi çatışmazlığı gələcək işi təhdid edir" deyə, Tədqiqat Məlumatları Mərkəzinin rəhbəri Sandra Gottschalk deyib.

"Creditreform" iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Patrick-Ludwig Hantzsch qeyd edib ki, Almaniya iqtisadiyyatı “bir çox kiçik şirkətlərin və yüksək ixtisaslaşmış müəssisələrin sakit ölümü” yaşayır.

Chosen
132
33
publika.az

10Sources