AZ

"İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu”

Bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox tursit gəlib.

Bunu 525.az-a millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkilinin sözlərinə görə,  gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3, faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur:

“Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkəni ilk üçlüyə daxil olmasına səbəb olub. İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu”.

V. Bayramovun dediyinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb.

“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 5 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”, - iqtisadçı vurğulayıb.

Sevinc Qarayeva

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
14
525.az

10Mənbələr