Qahirə. Trend:
Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyimdanışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdəmöhkəmləndirilməsinə xidmət edir.
Trend xəbər verir ki, busözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentiİlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalqməsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat,nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkünəməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasındabirgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilininönəmini qeyd etdik”, - deyə Əbdülfəttah əs-Sisi söyləyib.