EN

ATU əczaçılıq sahəsində əlaqələrini genişləndirir 

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Erzincan Universitetinin Tibb fakültəsinin nümayəndə heyəti ilə görüşüb. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, Erzincan Universitetinin Tibb fakültəsinin Farmakologiya şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə rektor G.Gəraybəyli universitetij fəaliyyəti, tətbiq edilən yeniliklər, tədris planları haqqında danışıb. İki universitet arasında əczaçılıq üzrə əməkdaşlıq perspektivləri, əlaqələrin gücləndirilməsinin əhəmiyyəti haqqında fikirlərini bölüşüb.

 

Prof. Suleyman Halis ATU-da farmakologiya ixtisası üzrə aparılan elmi işlərin istiqaməti, burada tədqiqatçıların keyfiyyətli araşdırmaları üçün yaradılan şəraitlə tanış olduğunu bildirib. Peofessor S.Halis ATU-dakı mövcud infrastrukturun dünya miqyaslı tədqiqatlar aparılmasına imkan verdiyini qeyd edib. O, iki  universitetlərin müvafiq şöbələri arasında birgə  elmi məqalələr və layihələrin icrası istiqamətində fəaliyyətə başlanılacağını bildirib.

 

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru prof. Rauf Bəylərov, Tədris Departamentinin müdiri dos. Kanandar Qaqubov, Əczaçılıq fakültəsinin dekanı dos. Fərəh Mədətli, Erzincan Universitetinin Farmakologiya şöbəsinin professoru Durdu Altuner, dos. Bahadir Süleyman və dos. Renad Mammadov iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
1
aztibb.az

2Sources